BAKI, 9 dek – Sputnik. Rusiyanın baş naziri Dmitri Medvedev, ölkənin Suriyada aparıdğı hərbi əməliyyatla bağlı jurnalistlərin suallarını cavablandırıb.
Medvedev, Rusiyanın Suriyadakı əməliyyatlara nə qədər maliyyə ayırdığı barədə suala cavab verməkdən çəkinib:
“Bu bir sirdir. Ancaq onu deyə bilərəm ki, Rusiya Silahlı Qüvvələri Müdafiə Nazirliyinin büdcəsi çərçivəsində fəaliyyət göstərir. Ordumuz Suriyadakı hərbi əməliyyat üçün əlavə maliyyə tələb etməyib".
Rusiyanın "İHS" araşdırma mərkəzi, Kremlin Suriyadakı hərbi əməliyyatlara bir gündə azı 2,4 milyon dollar sərf etdiyini açıqlamışdı.