BAKI, 9 dek — Sputnik. Türkiyənin hava məkanında vurulan Rus döyüş təyyarəsinin qara qutusu açılacaq.
Bu barədə Rusiya prezidenti Vladimir Putin, müdafiə naziri Sergey Şoyquya göstəriş verib.
Putin, vurulan təyyarənin qara qutusunun beynəlxalq ekspertlərlə bərabər açılmasını istəyib.
Suriya ordusuna aid xüsusi dəstələrin hadisə yerində tapdıqları qara qutu Rusiyaya aparılıb.