Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Xəzəri genişmiqyaslı neft ləkələri və tüstü xətti bürüyüb

© Photo : ИТЦ «СКАНЭКСПлатформа Гюнешли
Платформа Гюнешли - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinin peyk vasitəsilə çəkilən şəkillərini Rusiyanın "СКАНЭКС" MTM şirkəti dərc edib.

BAKI, 9 dek-Sputnik. Xəzər dənizində "Günəşli" yatağında yanğının baş verdiyi rayonda genişmiqyaslı neft ləkələri və tüstü xəttini görmək mümkündür.

Sputnik xəbər verir ki, bu barədə hadisə yerinin şəkillərini peyk vasitəsilə çəkən Rusiyanın "СКАНЭКС" MTM şirkəti məlumat verib. "СКАНЭКС" MTM şirkəti peyk vasitəsinə çəkilən şəkilləri də dərc edib.

© Photo : ИТЦ «СКАНЭКСПлатформа Гюнешли
Платформа Гюнешли - Sputnik Azərbaycan
Платформа Гюнешли

Peyk çəkilişləri 10 saylı platformadan tüstünün yayıldığını göstərir. Dekabrın 7-də Sentinel-1А radiolokasiya peyki vasitəsilə çəkilmiş şəkillərdə platformadan qaynaqlanan 200 kv. km ərazini əhatə edən neft ləkləri müşahidə edilir (fotoda daha tünd rəngli hissələr). Fotoda görünən 10 saylı platformanın ətrafındakı ağ nöqtələr isə gəmilər qrupudur.

Dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə baş verən vaxt "Günəşli" yatağındakı 10-cu platformada 63 nəfər olub. Onlar xilas olmaq üçün platformanın kənarlarından asılmış xilasetmə qayıqlarına miniblər. Lakin kəskin hava şəraiti, güclü külək və iri dalğalar nəticəsində qayıqlardan biri cırılaraq dənizə düşüb.

© scanex4 dekabrda Xəzər dənizində küləyin istiqamətini və sürətini göstərən xəritə
4 dekabrda Xəzər dənizində küləyin istiqamətini və sürətini göstərən xəritə - Sputnik Azərbaycan
4 dekabrda Xəzər dənizində küləyin istiqamətini və sürətini göstərən xəritə

Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır. Buna baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9" və "Topaz" yanğınsöndürən gəmiləri, habelə "Avyor" dalğıc və "Samir Quliyev" yedək gəmiləri vasitəsi ilə təxliyə işləri həyata keçirilib. Xilasetmə işlərinə helikopterlər də cəlb edilib. 33 nəfər təxliyə edilib, 1 nəfər vəfat edib, 29 nəfərsə itkin düşüb. Daha sonra itkin düşənlərdən 6 nəfərin cəsədi dənizdən çıxarılıb.

© scanex"Günəşli" platformasının ətrafının Sentinel-1А radiolokasiya peyki vasitəsilə çəkilmiş şəkli
Günəşli platformasının ətrafının Sentinel-1А radiolokasiya peyki vasitəsilə çəkilmiş şəkli - Sputnik Azərbaycan
"Günəşli" platformasının ətrafının Sentinel-1А radiolokasiya peyki vasitəsilə çəkilmiş şəkli

Hazırda "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın davam edir. Dənizdə itkin düşənlərin tapılması istiqamətində axtarışlar davam edir.

Xəbər lenti
0