BAKI, 8 dek — Sputnik. Rusiya Qara dənizdəki donanmasına aid sualtı gəmisi Aralıq dənizinin şərq hissəsinə, Suriya sahillərinin yaxınlığına çatıb. Bu barədə yerli media xəbər verir.
Məlumata görə, hərbi gəmidə Xəzər dənizindən Suriya ərazisindəki İŞİD mövqelərini hədəf alan "Kalibr-PL" tipli raketə oxşar silahlar da var.
Sualtı gəminin Aralıq dənizində dəqiq hara yerləşdiyi barədə məlumat verilməyib.
"Rostov-na-Donu" adlı gəmi dənizin 300 metr dərinliyədək enə bilir.