BAKI, 7 dek — Sputnik. Rusiyanın Ankaradakı səfiri Andrey Karlov həftə sonu İstanbul Boğazından keçən Rusiya döyüş gəmisində bir əsgərin çiynində silahla görüntülənməsi ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb.
Türkiyə XİN-in İkitərəfli Siyasi Əlaqələr Dənizçilik-Havaçılıq-Sərhədlər üzrə baş müdiri Burak Özügərginin, Karlovla İstanbul Boğazından keçən Rusiya döyüş gəmisində bir əsgərin çiynində silahla görüntülənməsi ilə bağlı görüşüb. 50 dəqiqə sürən görüşdə, səfirə bu məsələ ilə bağlı Türkiyə tərəfinin etirazı çatdırılıb.
XİN başçısı Mevlüt Çavuşoğlu baş vermiş bu hadisəni "təxribat" adlandırmışdı.
"Lazımi addımları atıq. Döyüş gəmilərinini boğazdan necə keçəcəyi məlumdur. Bu məsələ Montrö Sazişi ilə müəyyənləşib. Bu gəmilər təbii ki, bizə qarşı təhdid deyil. Amma bu günə qədər Boğazdan geçən gəmilərə qarşı Türkiyə hər hansı təhlükə yaratmayıb. Bu baxımdan, sözügedən gəminin bu şəkildə keçməsi açıq-aşkar təhrikedicidir və bunun sona çatması lazımdır" — deyə Çavuşoğlu bildirib.