BAKI, 7 dek-Sputnik. Düşmən tərəfindən açılan atəş nəticəsində Silahlı Qüvvələrimizin zabiti baş leytenant Mollayev Abdulla Molla oğlu ağır yaralanıb.
Sputnik Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yaralı zabit hospitala çatdırılaraq əməliyyat olunub. Ancaq buna baxmayaraq, hərbi qulluqçu vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!