BAKI, 4 dek — Sputnik. "Səfirlik bundan sonra da Türkiyəyə gəlmək istəyən rus vətəndaşlardan viza tələb etməyəcək".
Bu barədə Sputnik-ə Türkiyənin Rusiyadakı səfirliyindən bildiriblər. Səfirliyin açıqlamasına görə, iki ölkə arasında münasibətlərin gərgin olmasına baxmayaraq, Türk tərəfi Rusiya vətəndaşlarına qarşı viza rejimini tətbiq etmək niyyətində deyil.
"Türkiyə Rusiya vətəndaşlarını dost bildiyi üçün onların ölkəyə səfər etməsi üçün vizasız rejimi ləğv etməyəcək" deyə səfirliyin bəyanatında qeyd olunur.
Rusiya 2016-cı il yanvarın 1-dən etibarən, türk vətəndaşlarına qarşı viza rejiminin tətbiq olunması haqda qərar qəbul edib.