BAKI, 4 dek-Sputnik. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, Türkiyənin Rusiyanın "SU-24" təyyarəsi ilə bağlı hadisədə atdığı addım peşəkar və bütün beynəlxalq normalara uyğun olub.
Sputnik xəbər verir ki, bu sözləri Turçinov Ukraynanın "5-ci kanal" telekanalına müsahibəsində deyib.
Aleksandr Turçinov qeyd edib ki, Ukraynanın hava məkanı döyüş təyyarələri tərəfindən pozulacağı təqdirdə ukraynalı hərbçilər eyni addımı atacaqlar.