BAKI, 3 dek-Sputnik. Hərbi müdafiə sənayesi sahəsində Türkiyənin Azərbaycanla ortaq fəaliyyəti davam edəcək.
Sputnik xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyə baş naziri Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra təşkil edilən mətbuat konfransında söyləyib.
Davudoğlu deyib ki, Türkiyə Azərbaycanın müdafiə sənayesinin qurmasına xüsusi önəm verir: "Qafqazda sülhün bərqərar olması Azərbaycan-Türkiyə əməkdaşlığından asılıdır. Görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinə də toxunduq. Türkiyə Azərbaycana torpaqları tam azad edilənədək dəstəyini davam etdirəcək. Problemlər sərhədlərə qarşılıqlı hörmətlə həllini tapır. Azərbaycan torpaqlarının 20 faizi işğal altında olmasından doğan çətinlikləri görürük".