Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

XİN: Sergey Lavrovun təklifləri danışıqlara yaxşı təkan verə bilər

© azerros.ruElmar Məmmədyarov və Sergey Lavrov
Elmar Məmmədyarov və Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Elmar Məmmədyarov ATƏT XİN Şurasının Belqradda keçirilən 22-ci toplantısında deyib ki, Ermənistan rəhbərliyi danışıqlar prosesində ancaq imitasiya ilə məşğuldur.

BAKI, 3 dek-Sputnik. ATƏT DTİHB-nin Azərbaycanda keçirilmiş parlament seçkilərini müşahidə etməkdən imtina etməsi ölkəmizin qurumla əməkdaşlıq perspektivlərini zəiflədir.

Sputnik-in xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Belqradda keçirilən 22-ci toplantısında çıxışı zamanı deyib.

Nazir bildirib ki, yaranmış vəziyyət müvafiq prosedurlar tətbiq edilərək aradan qaldırılmalıdır.

Məmmədyarov dondurulmuş münaqişələrin regional sülh və sabitliyə əsas təhdid olduğunu da vurğulayıb: "Şuranın ötən il Bazeldə keçirilən toplantısından bəri Dağlıq Qarabağ münaqişəsində heç bir irəliləyişə nail olunmayıb. Ermənistan rəhbərliyi danışıqlar prosesində ancaq imitasiya ilə məşğuldur".

Nazir Ermənistanın Dağlıq Qarabağın maddi-mədəni sərvətlərini talan etdiyini də diqqətə çatdırıb. "Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarında qalması regionda qeyri-sabitlik yaradan əsas amildir. BMT TŞ-nin qətnamələrində nəzərdə tutulduğu kimi Ermənistan qoşunları Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan qoşunlarının çıxarılması Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə töhfə verəcək, münasibətlərin normalaşmasına gətirib çıxaracaq. Sergey Lavrov tərəfindən verilən təkliflər danışıqlar prosesinə yaxşı təkan verə bilər", — deyə nazir əlavə edib.

Xəbər lenti
0