QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hollivud devinin ölümü ermənilərə zərbə oldu

© thecaliforniacourierKirk Kerkorian - Senior Vice The Lincy Foundation and President of the United Armenian Fund
Kirk Kerkorian - Senior Vice The Lincy Foundation and President of the United Armenian Fund - Sputnik Azərbaycan
Abunə olmaq
"Birləşmiş erməni fondu" Ermənistan və Dağlıq Qarabağda fəaliyyətini dayandırıb.

BAKI, 2 dek-Sputnik. "Birləşmiş erməni fondu" təşkilatı Ermənistan və Dağlıq Qarabağda fəaliyyətini dayandırıb.

Sputnik APA-ya istinadən xəbər verir ki, bu barədə "Arevelk" nəşrinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, müvafiq qərarın verilməsinə səbəb fondun əsas sponsoru Kirk Kerkoryanın vəfatı olub. Onun vəfatından sonra "Linsi" fondu da fəaliyyətini dayandırıb.

"Birləşmiş erməni fondu" xatırladıb ki, 26 il ərzində ABŞ-dan gələn maliyyə hesabına Ermənistan və Dağlıq Qarabağa 720 milyon dollar məbləğində humanitar yardım göndərilib.

Kirk Kerkoryan erməni əsilli Amerika milyarderi idi. Mərkəzi qərargahı Kaliforniyada, Beverli-Hillzdə olan «Tracinda Corporation» holdinqinin rəhbəri, Lincy Fondunun vitse-prezidenti və Birləşmiş erməni Fondunun prezidenti Kerkoryan Hollivudun kino sənayesinə ciddi sərmayə qoymuşdu. Onun vəsaitlərinin ümumi həcmi 70 milyard dollardan çox qiymətləndirilirdi.

Xəbər lenti
0