BAKI, 2 dek-Sputnik. Rusiya Türkiyəyə dənli bitkilər və yağ ixracını qadağan edərsə, Ukrayna Türkiyənin ərzaq təhlükəsizliyini təmin etməyə hazır olacaq.
Sputnik-in xəbərinə görə, Ukraynanın baş naziri Arseni Yatsenyuk Nazirlər Kabinetinin iclasında bu bəyanatla çıxış edib. "Rusiya tərəfindən Türkiyəyə ticarət embarqosu tətbiq olunması və dənli bitkilər, yağ ixracına qadağa qoyulması da mümkündür. Biz aydın şəkildə bildiririk ki, əgər Rusiya Türkiyəyə dənli bitkilərin və yağın ixracını qadağan edərsə, Ukrayna Türkiyəyə əlini uzatmağa hazırdır və biz bu halda Türkiyənin ərzaq təhlükəsizliyini təmin edəcəyik. Baş nazir Aqrar Siyasət Nazirliyinə artıq müvafiq tapşırıq vermişik və onlar türk tərəfdaşlarımızla məsləhətləşmə aparıb" — deyə Yatsenyuk bildirib.
Rusiya Türkiyədən bir sıra məhsulların idxalına qadağa qoyub. Qadağa hələlik Rusiyanın Türkiyəyə satdığı məhsullara aid deyil.