Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Lavrov Kiprdə Türkiyədən danışdı

© RİA NovostiKiprin xarici işlər naziri İohannis Kasulidis və Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Kiprin xarici işlər naziri İohannis Kasulidis və Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Lavrov: Rusiyaya məxsus Su-24 qırıcısının vurulmasından sonra Türkiyə nə etməli olduğunu özü başa düşməlidir.

BAKI, 2 dek-Sputnik. Rusiyaya məxsus Su-24 qırıcısının vurulmasından sonra Türkiyə nə etməli olduğunu özü başa düşməlidir.

Sputnik-in məlumatına görə, bunu Rusiya xarici işlər naziri Serqey Lavrov kiprli həmkarı İohannis Kasulidislə keçirdiyi birgə brifinqdə deyib.

"Türkiyəli həmkarlarımız nə etməli olduqlarını özləri anlamalıdırlar. Düşünürəm ki, hamı yaranmış vəziyyəti və belə hallarda nə etmək lazım olduğunu yaxşı anlayır" — deyə Lavrov əlavə edib.

Rusiya XİN başçısı həmçinin Su-24 qırıcısının vurulmasının arxasında Suriya ilə bağlı danışıqların pozulması cəhdinin olmasını istisna etməyib.

Lavrov bu gün Kiprin paytaxtı Nikosiyaya rəsmi səfər edib.
Səfər zamanı ölkə prezidenti Nikos Anastasiadis, xarici işlər naziri İohannis Kasulidis, Nümayəndələr palatasının sədri Yannakis Omir və Kipr pravoslav kilsəsinin arxiyepiskopu Xrisostosla görüşüb.

Lavrov daha əvvəl ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 3-4 tarixlərində Belqradda baş tutacaq toplantısında türkiyəli həmkarı ilə görüşə biləcəyini bildirib.

Xəbər lenti
0