BAKI, 2 dek-Sputnik. Türkiyə tərəfindən vurulan Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Peşkov dəfn edilib.
Sputnik-in məlumatına görə, Lipetskdə keçirilən dəfn mərasimində 10 mindən çox adam iştirak edib.
Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Peşkova "Rusiya qəhrəmanı" adı verilib. Medalı onun həyat yoldaşına Rusiya Hava-Kosmik Qüvvələrinin baş komandanı təqdim edib.
Türkiyənin hava məkanını pozan Rusiyaya məxsus Su-24 təyyarəsi Suriya ilə sərhəddə vurulub. Oleq Peşkovun cənazəsi Türkiyədən Rusiyaya noyabrın 30-da gətirilib.