BAKI, 1 dek — Sputnik. MDB ölkələri xaricdən kütləvi qaçqın axınını birlikdə qəbul etməyə hazırlaşsın.
Bunu Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qaçqınları qəbul məsələsində, MDB-yə üzv olan ölkələr Rusiyanın təcrübəsindən yararlana bilərlər.
Suriyadakı vətəndaş müharibəsi səbəbilə yeni qaçqın dalğasının yaranma ehtimalı var.