BAKI, 1 dek-Sputnik. Ankaranın İŞİD terror təşkilatından neft alması haqqında məlumatlar Türkiyə rəhbərliyini ifşa etmək deyil, terrorçuluqla mübarizə üçün lazımdır.
Sputnik-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskva Ankaranın İŞİD-dən neft alması haqqında sübutları ortaya qoymağa hazırdırmı" sualına cavabında bildirib.
"Bu, yeni bəyanat deyil. Əsas məsələ informasiyaya malik olmaq və ondan işdə istifadə etməkdir. Nəyisə sübut etmək yox, terrorla mübarizə aparmaq üçün bu məlumatdan istifadə olunur",- deyə Kremlin mətbuat katibi qeyd edib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın Ankaranın İŞİD-dən neft aldığını sübut edəcəyi təqdirdə hakimiyyətdən gedəcəyini açıqlayıb.