BAKI, 1 dek — Sputnik. Rusiyanın sərt iqtisadi sanksiyalarına qarşı Türkiyə hökuməti də hərəkətə keçib. Rəsmi Ankara bunun üçün xüsusi plan hazırlayıb.
Baş nazir Davudoğlunun müavini Mehmet Şimşəyin sədrliyi ilə hazırlanan plan, təsdiq edilmək üçün hökumətə təqdim olunub.
Yeni plana əsasən, Rusiyanın Türkiyədən tranzit yolu olaraq istifadə etdiyi marşrutların sayı azaldılacaq. Rusiya TIR-larının içi bir-bir yoxlanılacaq.
Bundan başqa, Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının tikintisində Rusiyaya alternativ axtarılması, rusiyalı turistlər üçün nəzərdə tutulan ucuz tur paketlərin ləğv edilməsi, bu yöndə başqa ölkələrdə kampaniyaların keçirilməsi nəzərdə tutulub.