BAKI, 1 dek —Sputnik. Moskvada Ümumrusiya xarici ədəbiyyat kitabxanasında yerləşən Rusiya-Türkiyə elmi mərkəzi bağlanıb.
Sputnik xəbər verir ki, bu barədə mərkəzin saytı xəbər verib.
"Elmi mərkəz fəaliyyətini dayandırıb. Türk dili kursları bağlanıb, artıq aspirant və maqistrantlara da xidmət göstərə bilməyəcəyik. Təbii ki, əvvəlcədən planlaşdırılan "dəyirmi masalar", mühazirə və konfranslar ləğv edilib, bundan sonra kitabxana fondumuzdan da istifadə etmək mümkün olmayacaq", məlumatda bildirilir.
Bununla belə, mərkəzin bağlanmasının səbəbləri açıqlanmır.