Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dmitri Medvedyev Türkiyənin özünü qəribə apardığını deyib

© ptel.czDmitri Medvedyev - Rusiyanın baş naziri
Dmitri Medvedyev - Rusiyanın baş naziri - Sputnik Azərbaycan
Abunə olmaq
Dmitri Medvedev deyib ki, Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər bu ölkənin vətəndaşlarına qarşı yönəlməyib

BAKI, 30 noy-Sputnik. Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər siyahısını genişləndirmək olar.

Sputnik xəbər verir ki, bunu Rusiya baş naziri Dmitri Medvedev bildirib.

Medvedyev deyib: "İndiki qətnamə layihəsinə daxil olan tədbirlər ilk addımdır. Biz, hadisələrin necə inkişaf edəcəyinə baxacağıq. Fərmanda qeyd olunan səlahiyyətlər çərçivəsində Rusiya Federasiyasına gətirilməsi qadağan olunan məhsulların, Rusiyaya girişi qadağan olunan şəxslərin siyahısını genişləndirmək imkanımız var. Bütün bunlar lazım gəldikdə həyata keçiriləcək."

Rusiyanın baş naziri Türkiyə rəhbərliyinin qəribə mövqe tutduğunu qeyd edib: "Təəssüf ki, Türkiyə rəhbərliyi çox qəribə mövqe tutub. Türkiyə baş naziri Rusiyanın məlum insidentlə bağlı görəcəyi cavab tədbirlərinə yenidən baxacağına ümid etdiyini söyləyib və eyni zamanda Türkiyənin bu insidentə görə heç vaxt üzr istəməyəcəyini deyib. Buna şərh vermək artıq yersizdir".

Rusiya hökumətinin rəhbəri Türkiyəyə qarşı görüləcək xüsusi tədbirlərin bu ölkəyə maksimum dərəcədə təsir edəcəyini qeyd edib: "Bu tədbirlər Rusiyanın iqtisadi maraqlarına minimum təsir edəcək. Rusiyanın Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirləri məcburidir və bu ölkənin vətəndaşlarına qarşı yönəlməyib. Ümid edirəm ki, bütün bu qərarlar arzuolunan nəticələri verəcək".

Medvedev Rusiyadakı Türkiyə biznesindən də danışıb: "Əlbəttə ki, Türkiyə rəhbərliyinin qəbul etdiyi qərarda Türkiyə biznesinin nümayəndələrinin günahı yoxdur. Onlar Türkiyə rəhbərliyinin apardığı siyasətin əsiridir. Bu da bu və ya digər halda onlara təsir edəcək".

Xəbər lenti
0