BAKI, 30 noy-Sputnik. Rusiya prezidenti Vladimir Putin Parisdə iqlim dəyişikliyi məsələsinə həsr olunan sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyəcək.
Sputnik xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. "Ərdoğanla hər hansı görüş planlaşdırılmır, belə bir görüşdən söhbət getmir. Görüş olmayacaq" — deyə Peskov bildirib.
Peskov iki prezident arasında telefon danışığını da istisna edib: "Hələlik Putinin qrafikində hər hansı əlaqə yoxdur."
Rusiya prezidentinin mətbuat katibi başqa şərh verməkdən imtina edib. Bununla belə, o, sammitdə ABŞ prezidenti Barak Obama ilə Putin arasında görüş keçiriləcəyini təsdiqləyib.