Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Corc Sorosun təşkilatları arzuolunmaz elan edildi

© washingtontimes.comCorc Soros
Corc Soros - Sputnik Azərbaycan
Abunə olmaq
Prokurorluq Amerikalı maliyyəçi Corc Soros tərəfindən yaradılmış "Açıq Cəmiyyət" Fondunu (Open Society Foundations) və "Açıq Cəmiyyət Yardım Fondu" İnstitutunu (OSI Assistance Foundation)arzuedilməz təşkilatlar siyahısına daxil edib.

BAKI, 30 noy-Sputnik. Rusiya Baş Prokurorluğu Amerikalı maliyyəçi Corc Soros tərəfindən yaradılmış "Açıq Cəmiyyət" Fondunu (Open Society Foundations) və "Açıq Cəmiyyət Yardım Fondu" İnstitutunu (OSI Assistance Foundation)arzuedilməz təşkilatlar siyahısına daxil edib.

Sputnik baş prokurorluğun rəsmi nümayəndəsi Marina Qridnevaya istinadən xəbər verir ki, bu barədə qərar Rusiya Federal Məclisi Federasiya Şurasının müraciəti əsasında qəbul edilib.
"Federasiya Şurası Baş Prokurorluğa, Xarici İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə təşkilatla bağlı araşdırma aparmaq barədə müraciət edib. Təşkilatın işi Rusiyanın konstitusional quruluşuna və ölkənin təhlükəsizliyinə təhdid təşkil edir" — deyə Qridneva bildirib. Qərar Ədliyyə Nazirliyinə göndərilib.

Corc Soros ayrı-ayrı ölkələrdə siyasi proseslərə fəal müdaxilə edən şəxs kimi tanınır. Onun fondları bir sıra ölkələrdə hakimiyyətlərin dəyişdirilməsinə birmənalı şəkildə dəstək verir. Maliyyəçi özü etiraf edir ki, onun pulları 2004-cü ildə Ukraynada "narıncı inqilab"ın və 2013-cü ildə "Maydan" inqilabının baş verməsinə yardım edib.

Ukrayna hadisələrində Soros sərt antirusiya mövqeyi tutub. Bir neçə həftə əvvəl ukrayna prezidenti Petr Poroşenko Sorosu Ukrayna dövlətinin beynəlxalq avtoritetinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə, "Azadlıq" ordeni ilə təltif edib.

Xəbər lenti
0