Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nazarbayev Rusiyanın tərəfini saxladı

© akorda.kzПрезидент Казахстана Нурсултан Назарбаев
Президент Казахстана Нурсултан Назарбаев - Sputnik Azərbaycan
Abunə olmaq
Nursultan Nazarbayev: Fakt ondan ibarətdir ki, rus bombardmançıları Türkiyəyə hücum etməyiblər, Türkiyə ərazisinə keçməyiblər.

BAKI, 30 noy-Sputnik. Qazaxıstan prezidenti Nursultan Nazarbayev də Türkiyə Rusiya arasında yaranmış vəziyyətə münsibətini bildirib.

Sputnik xəbər verir ki, Qazaxıstan prezidenti ölkə əhalisinə müraciəti zamanı Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı məsələni də şərh edib.

Nazarbayev Türkiyə-Rusiya arasında baş verən son olaylardan çox təəssüfləndiyini qeyd edib. "Hələ ki, hadisənin bütün nüansları bizə bəlli deyil. Ancaq fakt ondan ibarətdir ki, rus bombardmançıları Türkiyəyə hücum etməyiblər. Onlar Türkiyə ərazisinə keçməyiblər. Onlar terroristlərlə döyüşə gediblər" — Qazaxıstan prezidenti Nazarbayev Astanada Müstəqillik sarayında tribunadan çıxışı zamanı bəyan edib.

Nazarbayev deyib ki, Qazaxıstan bütün konfliktlərin sülh yolu ilə həllinin tərəfdarıdır:

"Mən o şəxsəm ki, uzun illər Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşması və dost olmaları istiqamətində fəaliyyət göstərmişəm. Mən bu fəaliyyəti Türkiyənin baş naziri Süleyman Dəmirəl və Rusiya prezidenti Boris Yeltsin dövründən tutmuş son dövrlərədək aparmışam. Təəssüflər olsun ki, bu uzun illər ərzində qurulan münasibətlər pozula bilər. Odur ki, nə qədər çətin olsa da, hadisə ilə bağlı birgə komissiya yaradılmalı, komissiya hadisənin günahkarlarını araşdırıb, onları cəzalandırmalı, tərəflər günahlarını etiraf edib, əlaqələrini bərpa etməlidirlər. Ona görə də, mən dostlarımız olan Rusiya və Türkiyəni bu istiqamətdə fəaliyyət göstərməyə çağırıram."

Xəbər lenti
0