BAKI, 30 noy-Sputnik. Erməni silahlı bölmələri Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunu yaralayıb.
Sputnik Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, düşmənlə döyüşdə əsgər Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb.
İlkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.
Müdafiə Nazirliyi bildirir ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır.