BAKI, 27 noy – Sputnik. Rusiya dövlət başçısı Vladimir Putinin iqamətgahında informasiya sızmasının qarşısının alınması üçün təhlükəsizlik tədbirləri gücləndirilib.
Rus mediasının yaydığı bu xəbəri, Putinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
"Arzu olunmayan informasiya sızmasının qarşısının alınması, məxfilik rejiminin təmin edilməsi üçün ciddi tədbirlər görülür", deyə Peskov əlavə edib.