BAKI, 27 noy – Sputnik. “Baş verən hadisədə bizim haqlı olduğumuzu bütün dünya bilir. Təəssüflər olsun ki, belə bir hadisə baş verdi. Ancaq biz bunu gərginlik mənbəyi hesab etmirik. Dövlətlərimiz əl sıxışmalıdır və əməkdaşlığı davam etdirməlidir".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan France 24 telekanalına açıqlamasında deyib.
Ərdoğan, "Rusiya ilə münasibətlərdə ciddi problemin yaşanmasını istəmirdik" deyib.
Onun sözlərinə görə, Türkiyə Moskva ilə əlaqələrdə böhranın baş verməsində maraqlı deyil.