BAKI, 27 noy – Sputnik. “Azərbaycan Türkiyə və Rusiya arasında yaranan gərginlikdən narahatdır. Ölkəmiz bu iki dövlət arasında münasibətlərin normallaşmasında vasitəçilik etməyə hazırdır”.
Bunu ölkəmizdə səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə Milli Məclisin spikeri Oqtay Əsədov deyib.
Öz növbəsində Mövlud Çavuşoğlu da Türkiyənin Rusiya ilə münasibətləri korlamaqda maraqlı olmadığını bildirib.
“Biz diplomatik yolla bu problemi yoluna qoyacağıq”, deyə Çavuşoğlu əlavə edib.