BAKI, 27 noy — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya Türkiyənin "İslam dövləti" terror təşkilatından neft aldığını sübut edə bilsə, istefaya gedəcək.
Bu barədə Sputnik haberler.com saytına istinadən məlumat verir.
Onun sözlərinə görə, Türkiyə ilk növbədə Rusiya nefti alır və Moskva bu barədə bilir: "Əgər Rusiya Türkiyənin terrorçulardan neft aldığını hesab edirsə, bunu təsdiq etməlidir".
Qeyd edək ki, müvafiq açıqlamanı Rusiya prezidenti Vladimir Putin verib.