Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan Türkiyə-Rusiya əlaqələrinin gərginləşməsində maraqlı deyil

Abunə olmaq
Azərbaycan Türkiyə və Rusiya arasındakı münasibətlərin gərginləşməsində maraqlı olmayan ölkədir. Bunu iqtisadçı alim Vüqar Bayramov Türkiyə-Rusiya arasında yaranmış vəziyyətə mövqeyini açıqlayarkıən deyib.

BAKI, 26 noy — Sputnik. Azərbaycan Türkiyə və Rusiya arasındakı münasibətlərin gərginləşməsində maraqlı olmayan ölkədir.

Sputnik xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov Türkiyə-Rusiya arasında yaranmış vəziyyətə mövqeyini açıqlayarkıən deyib.

Onun sözlərinə görə, mübahisəsiz, ölkəmiz bu dövlətlər arasında əlaqələrin yaxşı olmasını ən çox istəyənlərdəndir. 

“Rusiya ilə Türkiyə arasında yaxşı münasibətlərin olması bizim strateji maraqlarımıza uyğundur”, — deyə iqtisadçı alim əlavə edib.

Bununla belə ekspert hesab edir ki, adı çəkilən ölkələr arasında münasibətlərin gərginləşəcəyi halda Azərbaycan şirkətləri Türkiyənin qida, xüsusən də aqrar məhsullarının Rusiya bazarında boşalan yerini tutmağa və şimal qonşumuzun turistlərini cəlb etməyə çalışmalıdırlar: “Bunlara rəğmən, bölgədə sabitliyin qorunub saxlanması və Türkiyə ilə şimal qonşumuz arasında münasibətlərin qısa zamanda yaxşılaşması rasional olaraq dövlətimizin strateji maraqlarına birbaşa xidmət edir.”


Xəbər lenti
0