Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyədən Rusiyaya təklif

© cont.wsTürkiyə-Rusiya
Türkiyə-Rusiya - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Baş Qərargahı Moskvadakı hǝrbi sǝlahiyyǝtlilǝrǝ zǝng edǝrǝk məsələ ilə bağlı hər cür əməkdaşlığa hazır olduqlarını da çatdırıb.

BAKI, 26 noy – Sputnik. Türkiyənin Baş Qǝrargah Rǝisliyi vurulan tǝyyarǝ ilǝ bağlı Rusiyanın hǝrbi attaşesinǝ mǝlumat verib. 

Baş Qərargahın açıqlamasına görə, Rusiya Federasiyası Müdafiǝ atteşǝsi ilǝ quru qoşunlar atteşǝsi Qǝrargaha dǝvǝt edilǝrǝk, hadisǝnin detalları barǝdǝ mǝlumatlandırılıb. 

Döyüş təyyarəsinin edilǝn xǝbǝrdarlıqlara cavab vermǝmǝsi vǝ hava mǝkanını pozması nǝticǝsindǝ tǝhlükǝlǝrǝ cavab qaydalarının tǝtbiq edildiyi vurğulanıb. Bundan başqa pilotların tapılması vǝ xilas edilmǝsi üçün ciddi cǝhd göstǝrildiyi də rus atteşǝlǝrǝ bildirilib. 

Türkiyə Baş Qərargahı Moskvadakı hǝrbi sǝlahiyyǝtlilǝrǝ zǝng edǝrǝk məsələ ilə bağlı hər cür əməkdaşlığa hazır olduqlarını da çatdırıb. 

Xəbər lenti
0