BAKI, 25 noy – Sputnik. “Türk şirkətləri Rusiya bazarındakı mövqelərini itirə bilər”. Bunu jurnalistlərə açıqlamasında Rusiyanın baş naziri Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, Türkiyənin son addımı, iki ölkə arasındakı iqtisadi və siyasi əlaqələr ciddi ziyan vurub.
“Dəymiş ziyanı kompensasiya etmək elə də asan olmayacaq. Rus təyyarəsinin vurulmasının bir çox nəticəsi olacaq. Ölkələrimiz arasındakı ortaq layihələr ləğv edilə bilər”, deyə Medvedev əlavə edib.
Dmitri Medvedev, son hadisənin NATO-Rusiya əlaqələrinə də ciddi zərbə vurduğunu bildirib.