Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Təyyarə olayının iqtisadi nəticələri

© facebook/ Qubad İbadoğlu / Mediabanka keçidQubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
Qubad İbadoğlu - İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri - Sputnik Azərbaycan
Abunə olmaq
Yaranmış gərginlik iki ölkə arasında yalnız siyasi deyil, həm də, enerji, ticari və investisiya əməkdaşlığının səviyyəsinə də təsirsiz ötüşməyəcək. Bu fikri iqtisadçı Qubad İbadoğlu Rusiyaya məxsus Su-24 qırıcı təyyarənin vurulmasından sonra yaranan vəziyyətə mövqeyini açıqlayarkən deyib.

BAKI, 25 noy — Sputnik. Turkiyə sərhədi yaxınlığında Rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra Avrasiya məkanında iki böyük dövlət arasındakı münasibətlərdə son zamanlar yaranmış siyasi gərginlik pik səviyyəsinə qalxdı. Yaranmış gərginlik iki ölkə arasında yalnız siyasi deyil, həm də, enerji, ticari və investisiya əməkdaşlığının səviyyəsinə də təsirsiz ötüşməyəcək.

Sputnik xəbər verir ki, bu fikri iqtisadçı alim Qubad İbadoğlu Rusiyaya məxsus  Su-24 qırıcı təyyarənin vurulmasından sonra yaranan vəziyyətə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, tərəflər arasında mövcud olan fikir ayrılığının dərinləşməsi ilk növbədə enerji və turizm sahəsində perspektiv əməkdaşlıq imkanlarını məhdudlaşdıracaq. “Belə ki, bundan sonra "Rosatom" korporasiyasının Türkiyədə atom elektrik stansiyası ("Akkuyu") inşa etməsi və bunun üçün nəzərdə tutulan, 20 milyard ABŞ dolları həcmində sərmayə yatırılması, Rusiya qazının Türkiyə vasitəsilə dünya bazarına çıxarılması, rus turistlərinin axını sahəsində risklər artacaq”, — ekspert əlavə edib.

İbadoğlu deyib ki, Türkiyənin Almaniyadan sonra ikinci tiracət ortağı olan Rusiyadan idxalatı ötən il 25 milyard, ixracatı 6 milyard, ümumi ticarət dövriyyəsinin həcmi 31 milyard ABŞ dolları olub. 

“2020-ci ilədək bu iki ölkə arasında ticarət dövriyyəsinin ən azı 3 dəfə artırılması proqnozlaşdırılırdı. Çox güman ki, bu hadisədən sonra ticari münasibətlər sahəsində proqnozlar özünü doğrultmayacaq. Eyni zamanda rusiyalı turistlərin Turkiyəyə gedişinin əngəllənməsi bu ildən başlayaraq müşahidə olunan azalma tendensiyasını gücləndirərək, Türkiyənin aparıcı xidmət sektorunun çətinliklərini bir az da artıracaq. Belə ki, son məlumatlara görə, ötən il 4,5 milyon nəfər, bu ilin ilk 8 ayında isə 2,78 milyon nəfər rusiyalı turist Türkiyəni ziyarət edib”, — ekspert qeyd edib.

Xəbər lenti
0