BAKI, 24 noy-Sputnik. Rusiyanın "Rosturizm" Dövlət Agentliyi turizm şirkətlərinə birbaşa və ya üçüncü ölkələrdən Türkiyəyə səyahət paketlərini satmalarını dayandırmağı məsləhət görüb.
Sputnik xəbər verir ki, "Rosturizm"in rəhbəri Oleq Safonov hazırda Türkiyədə olan Rusiya vətəndaşlarının sayı barədə məlumatların toplanıldığını söyləyib.
Rusiyada fəaliyyət göstərən bir neçə turizm şirkətləri Türkiyəyə səyahət paketi satmağı dayandırdıqlarını bəyan ediblər. "Natali turs" şirkəti Türkiyədə terror təhlükəsinin yüksək olması ilə bağlı bu gündən bu ölkəyə səyahət paketi satmağı dayandırdığını açıqlayıb.
Digər turizm firması "TEZ tur" isə yaxın günlərdə belə addımı atacağını istisna etmədiyini bildirib. Bu səbəbdən şirkət Türkiyəyə getmək istəyənlərə bron etməməyi məsləhət görüb.