BAKI, 24 noy – Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri təxirə salınıb.
Bu barədə Türkiyə mediası xəbər yayıb.
Bugün Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri planlaşdırılırdı. Lavrovun paytaxt Ankarada ölkə rəsmiləri ilə Suriyadakı vəziyyəti və terrorçuluğa qarşı mübarizə məsələsini müzakirə edəcəyi gözlənilirdi.