Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ekspert: Rusiyanın türkmən bölgəsində nə işi var?

© youtubeQabil Huseynli
Qabil Huseynli - Sputnik Azərbaycan
Abunə olmaq
Qabil Hüseynli: Rusiya İŞİD-i bombalamalıdır, türkmənləri yox.

BAKI, 24 noy – Sputnik. Politoloq Qabil Hüseynli bugün səhər Türkiyənin vurduğu rus döyüş təyyarəsi ilə bağlı Sputnik-ə önəmli açıqlamalar verib: 

“Rusiya Suriyada hərbi əməliyyatlara başlayanda, ancaq İŞİD-lə mübarizə aparacağını bəyan etmişdi. Ancaq zaman keçdikcə, biz fərqli şeylər görməyə başladıq. Rusiya İŞİD-dən daha çox türkmənləri və Əsəd-lə döyüşən müxalifləri bombalamağa başladı. Axı Rusiyanın nə işi var türkmən bölgələrində?! Mindən çox günahsız türkmən Rusiyanın bombardımanında dünyasını dəyişib” 

Vladimir Putinin BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırmasına münasibət bildirən Qabil Hüseynli, günahkar tərəfin Rusiya olduğuna işarə edib: 

“Türkiyə Hərbi Hava Qüvvələri, hava məkanını tərk etməsi üçün Rus qırıcısını 5 dəqiqə ərzində 10 dəfə xəbərdar edib. Lakin pilot buna məhəl qoymayıb. Nəticədə Türkiyə təyyarəni vurmağa məcbur qalıb”

Politoloq daha sonra əlavə edib: “Rusiyaya məxsus döyüş təyyarələri bundan öncə də bir neçə dəfə Türkiyənin hava məkanını pozmuşdu. Rəsmi Ankara da dəfələrlə Moskvanı hava sərhəddinə hörmətlə yanaşmağa çağırmışdı. Bugün artıq Türkiyənin səbr kasasının dolduğunu gördük” 

Xəbər lenti
0