Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ağ Ev: Rusiyaya qarşı sanksiyaların yumşaldılması istisna edilir

© huffpost.comAğ Evin mətbuat katibi Çoş Ernest
Ağ Evin mətbuat katibi Çoş Ernest - Sputnik Azərbaycan
Abunə olmaq
Coş Ernestin sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların yumşaldılması yalnız Minsk razılaşmalarının icrasından sonra mümkündür.

BAKI, 24 noy — Sputnik. Rusiyaya qarşı sanksiyaların yumşaldılması istisna edilir.

APA-nın verdiyi məlumata görə, bunu Ağ Evin nümayəndəsi Coş Ernest bəyan edib.

“Rusiyaya qarşı tətbiq edilən sanksiyaların yumşaldılması bilavasitə Minsk razılaşmalarının yerinə yetirilməsindən asılıdır. Mən İŞİD-ə qarşı mübarizədə daha fəal iştirakı müqabilində Rusiya üzərindən sanksiyaların qismən aradan qaldırılması ssenarisini təsəvvür edə bilmirəm”, deyə C.Ernest bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların yumşaldılması yalnız Minsk razılaşmalarının icrasından sonra mümkündür.

Xəbər lenti
0