BAKI, 23 noy — Sputnik. Türkiyə və Rusiya Xarici İşlər nazirləri Suriyadakı, Yaxın Şərqdəki və Şimali Afrikadakı vəziyyəti müzakirə edəcəklər.
Sputnik Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, noyabrın 25-də İstanbulda Türkiyə və Rusiya XİN başçılarının sədrliyi ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində Strateji planlaşdırma birgə qrupunun 5-ci iclası keçiriləcək.
Toplantıda iki ölkə arasında əlaqələrin dərinləşdirlməsinə xidmət edəcək aktual məsələlər, həmçinin regional və beynəlxalq problemlər müzakirə olunacaq. Beynəlxalq terrorizmə qarşı mübarizənin effektivliyi də diqqət mərkəzində olacaq.
Ankara və Kreml Cənubi Qafqaz, Ukrayna və Orta Asiyadakı vəziyyətlə bağlı dialoqun davam etdirilməsi, həmçinin beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında dialoqun davam etdirilməsi barədə fikir mübadiləsi aparılacaq.