BAKI, 22 noy-Sputnik. Rusiya hüquq-mühafizə orqanlarının noyabrın 22-də Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində 10 silahlı öldürülüb.
Sputnik xəbər verir ki, öldürülənlər "İslam Dövləti" (İŞİD) terror təşkilatının üzvləridir.
Onların kimliyi müəyyənləşdirilir.
Noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 10 İŞİD-çini məhv ediblər.
Rusiya Milli Antiterror Komitəsi əməliyyatın davam etdiyini açıqlayıb.
Noyabrın 10-da Nalçikdə İŞİD-in yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülmüşdü.