QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Uorlik: Dağlıq Qarabağ әtrafındakı 7 rayon Azәrbaycana qaytarılmalıdır

© realtv.azCeyms Uorlik
Ceyms Uorlik - Sputnik Azərbaycan
Abunə olmaq
Mәn daha әvvәl Karnegi Fondunda çıxışım zamanı da bildirmişdim ki, hәrtәrəfli hәllin bir hissәsi kimi Dağlıq Qarabağ әtrafındakı 7 rayon Azәrbaycanın nәzarәtinә qaytarılmalıdır. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

BAKI, 21 noy — Sputnik. Mәn daha әvvәl Karnegi Fondunda çıxışım zamanı da bildirmişdim ki, hәrtәrəfli hәllin bir hissәsi kimi Dağlıq Qarabağ әtrafındakı 7 rayon Azәrbaycanın nәzarәtinә qaytarılmalıdır.

Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan son səfərindən sonra Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılmasının gündəmə gəlməsi barədə məlumatlara münasibət bildirərkən deyib.

C. Uorlik bildirib ki, hәllin digәr vacib elementi Dağlıq Qarabağın statusunun müәyyәnlәşdirilməsi olacaq.

"Bu elementlәri özündә birlәşdirәn hәllә çatmaq üçün siyasi iradә tapmaq prezidentlәr üçün çox vacibdir”, — deyə C. Uorlik vurğulayıb.

Xəbər lenti
0