BAKI, 20 noy-Sputnik. Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də İrana gedəcək.
Sputnik xəbər verir ki, Putin səfər çərçivəsində İran prezidenti Həsən Ruhani (Hassan Rohani) və İranın ali dini lideri Əli Xameneyi (Ayatollah Ali Khamenei) ilə görüşəcək.
Danışıqların sonunda qarşılıqlı səfərlər və səhiyyə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanacağı gözlənilir.
Kremldəki mənbə səfər zamanı Rusiya prezidentinin İran rəhbərliyi ilə həm də Suriya mövzusunu müzakirə edəcəyini qeyd edib.
Bu görüşlər qaz ixrac edən ölkələrin Tehranda keçiriləcək III beynəlxalq Forumu çərçivəsində baş tutacaq.
Putin Tehrana bu foruma qatılmaq üçün gedir.
İraq ona qarşı tətbiq edilən beynəlxalq sanksiyaların ləğvindən sonra xarici ölkələrlə iqtisadi və digər sahələrdə əlaqələri dərinləşdirmək və ölkəyə sərmayə cəlb etməyi planlaşdırır.