Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya yenə Suriyaya Xəzər dənizindən bomba yağdırdı

© topwarRusiya raketləri Xəzərdən Suriyanı vurdu
Rusiya raketləri Xəzərdən Suriyanı vurdu - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Xəzər dənizindən İŞİD-in Suriyadakı mövqelərinə 18 raket zərbəsi endirib.

BAKI, 20 noy-Sputnik. Rusiya Xəzər dənizindən İŞİD-in Suriyadakı mövqelərinə 18 raket zərbəsi endirib.

Sputnik xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.

"Bu gün Xəzər donanmasının gəmiləri Raqqa, İdlib və Hələbdəki hədəflərə 18 qanadlı raket buraxıb. Bütün hədəflər məhv edilib", — deyə o vurğulayıb. 

Müdafiə naziri bildirib ki, zərbələr nəticəsində hədəflər hamısı tamamilə məhv edilib.

Rusiyanın Xəzər donanması bundan əvvəl də Suriyadakı İŞİD mövqelərini bombardman etmişdi. Oktyabrın 7-də Rusiya Suriya ərazisini Xəzər dənizindən bombaladığını açıqlamışdı.

Şoyqu elə həmin gün də bu barədə Putinə məruzə etmişdi.

"İŞİD-in mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərinin Xəzər dənizi akvatoriyasından endirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla həyata keçirilib və bütün hədəflər məhv edilib", — Şoyqu bildirmişdi.
Müdafiə naziri onu da qeyd etmişdi ki, Rusiya qırıcıları Suriya ərazisini Xəzər dənizindən bombalayıb: "Silahlılara zərbələr endirmək üçün təyyarələrdən başqa, oktyabrın 7-də səhər Xəzər donanmasının gəmilərindən də istifadə olunub. 4 raket gəmisi 11 hədəfə 26 qanadlı raket zərbəsi endirib".

Rusiya qırıcıları Suriya ərazisini sentyabrın 30-dan bombalayır. Rusiya Suriyada əməliyyatları Su-25 və Su-24M təyyarələri ilə həyata keçirir.

Xəbər lenti
0