QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

2015-ci il Qarabağ probleminin nizamlanması baxımından uğursuz il oldu

© apaЭльман Насиров, политолог
Эльман Насиров, политолог - Sputnik Azərbaycan
Abunə olmaq
Elman Nəsirov: ATƏT Minsk Qrupu (MQ) həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməklə uğursuzluqlarını kompensasiya etməyə çalışırlar.

BAKI, 20 noy — Sputnik. 2015-ci il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesi həm keyfiyyət, həm də kəmiyyət nöqteyi nəzərindən uğursuz bir il kimi yadda qaldı.  Ona görə də ATƏT Minsk Qrupu (MQ) həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməklə uğursuzluqlarını kompensasiya etməyə çalışırlar.

Bunu Sputnik-ə açıqlamasında  Dövlət İdarəçilik Akademiyası yanında  Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov dekabr ayında gözlənilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqqında mövqeyini açıqlayarkən deyib.

Nəsirov deyib ki, bu uğursuzluğa görə ilk növbədə məsuliyyət Ermənistanın üzərinə düşür: “Çünki Ermənistan hər zaman olduğu kimi münaqişənin nizamlanmasında qeyri-konstruktiv mövqe sərgiləyir.  Eyni zamanda ATƏT-in, Minsk Qrupu həmsədrlərinin və digər beynəlxalq təşkilatların üzərinə böyük məsuliyyət düşür. Ona görə ki, nə beynəlxalq təşkilatlar, nə də ATƏT-in MQ həmsədrləri Ermənistana konstruktiv mövqe nümayiş etdirməyə söz vermədilər”.

Politoloq hesab edir ki, 23 il ərzində ATƏT-in MQ həmsədrlərinin hədəfi Ermənistan-Azərbaycan münaqişəsini həll etmək deyil, münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaq və onu dondurmaq olub: “MQ həmsədrləri sözdə Qarabağ münaqişəsinin həllində status-kvonun dəyişdiyini desələr də, biz bunun əksini görürük. Onlar status-kvonun saxlanmasında maraqlıdırlar.”

Ekspertin sözlərinə görə, həmsədrlər yaxşı anlayır ki, bu vəziyyət belə davam edə bilməz. Ona görə də öz uğursuzluqlarını ört-basdır etmək, münaqişənin müharibəyə çevrilməməsi üçün iki ölkə prezidentinin görüşünü təşkil etməyə çalışırlar: “Onlar yaxşı başa düşürlər ki, əgər prezidentlər səviyyəsində görüşlər kəsilərsə, o zaman alternativlər çox pis olar və digər ssenarilər ortaya çıxa bilər. Çünki prezidentlərin görüşünün baş tutmaması müharibənın yenidən alovlanmasına münbit şərait yaradan amildir.”

Nəsirov prezidentlərin növbəti görüşü haqqında deyib: “Bu görüş əvvəlkilərdən nə ilə fərqlənəcək? Yeni təkliflər olacaqmı? Danışıqlar prosesində müsbətə doğru dəyişiklik olacaqmı? Ermənistanın mövqeyində pozitiv dəyişiklik varmı? Prosesləri diqqətlə izlədikdə belə qənaətə gəlmək olur ki, il ərzində prezidentlər səviyyəsində görüşün keçirilməməsi Ermənistanın mövqeyində pozitiv dəyişikliklərin olmamasını göstərir. Əksinə Ermənistanın mövqeyində daha çox neqativ notlar görünməkdədir. Çünki son bir ildə Ermənistan prezidenti Dağlıq Qarabağ ərazisini beynəlxalq təşkilatların tribunasında Ermənistanın ərazisi olduğunu bəyan edib. Digər tərəfdən yüksəksəviyyəli görüşlərdən sonra təmas xəttində təxribatlarla əl atır ki, bununla da görüşlərdə əldə edilən nəticələrin üzərindən yenidən xətt çəkmiş olur. Nə qədər ki, Ermənistanın mövqeyində münaqişənin həlli ilə bağlı pozitiv istiqamətdə köklü dəyişiklik yoxdur, prezidentlərin görüşündən müsbət nəsə gözləməyə dəyməz. Ermənistan sadəcə bu danışıqlarda imitasiya ilə məşğuldur. Guya ki, Ermənistan sülhdə maraqlıdır.”

Ekspert əlavə etdi ki, əslində Ermənistan hoqqabazlıqla məşiuldur və münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT MQ həmsədrləri də buna göz yumurlar, İrəvana adekvat reaksiya vermirlər: “Əksinə işğalçı ilə işğala  məruz qalan arasında bərabərlik işarəsi qoyurlar. Bu hətta  bir neçə gün öncə AŞPA-nın Dağlıq Qarabağla bağlı qəbul etdiyi sənəddə özünü açıqcasına  büruzə verdi. AŞPA-nın sənədindən sonra  MQ-kı amerikalı həmsədr və Rusiya xarici işlər naziri məsələ ilə bağlı öz etrazlarını bildirdilər. Bildirdilər ki, belə bir sənəd qəbul edilərkən gərək MQ həmsədrləri ilə razılaşdırılsın. Bu da bir daha göstəriri ki, MQ həmsədrləri Qarabağ məsələsini öz monopoliyasında saxlayaraq, kimsənin bu prosesə müdaxiləsinə imkan vermirlər”.

Xəbər lenti
0