BAKI, 19 noy —Sputnik. Gələn həftə Moskvada Rusiya və Suriya xarici işlər nazirlərinin görüşü gözlənilir.
Sputnik xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib. O bildirib ki, gələn həftə Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla suriyalı həmkarı Valed Muallim arasında danışıqlar olacaq: "Protokol xətti ilə məlumatın təsdiqlənməsini gözləyirik. Konkret vaxt və format müəyyən olunan kimi, əlavə məlumat verəcəyik".