BAKI, 19 noy-Sputnik. İrəvanda xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə parlamentin fövqəladə qapalı iclası keçirilir.
Sputnik erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan parlamentində keçirilən görüşdə nazir Nalbandyanla yanşı parlamentin Xarici Əlaqələr Komissiyasının, Müdafiə, Təhlükəsizlik və Daxili məsələlər üzrə komissiyasının rəhbəri Koryun Naapetyan, həmçinin Ermənistanın AŞPA-dakı nümayəndə heyəti iştirak edir.
Verilən məlumata görə, görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olunur.