BAKI, 17 noy — Sputnik. Kreml rus təyyarəsini vuran terrorçuları tapana 50 mln dollar həcmində mükafat verəcək.
Sputnik Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Sinay yarımadasında vurulan A-321 təyyarəsinə görə terrorçular üçün Bin Ladenin başına ayrılan həcmdə mükafat ayırıb.
“Terrorçuların gizləndiyi və qaldığı yer barədə məlumat verən şəxsi 50 mln. dollar həcmində mükafat gözləyir”, deyə Rusiya Federal Təhlükəsilzik Xidmətinin (FTX) adından yayılan məlumatda bildirilir.
Bu Rusiya tarixində cinayətkarların tapılması məqsədi ilə ayrılan ən böyük mükafat hesab olunur. Belə bir miqdarda mükafatı ancaq ABŞ dünyanın bir nömrəli terrorçusu Bin Ladenin başına qoyub.
Rusiya bundan öncə ən iri həcmli mükafatı Şamil Basayev və Aslan Məshədovun başına qoyub ki, bunun da miqdarı təqribən 10 mln dollar həcmində olub.