Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putindən Rusiyaya məxsus təyyarəni partladanlara sərt mesaj

© Sputnik / Алексей Дружинин / Mediabanka keçidПрезидент РФ В.Путин принял участие в сессии Международного дискуссионного клуба "Валдай"
Президент РФ В.Путин принял участие в сессии Международного дискуссионного клуба Валдай - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti əminlikə bəyan edib ki, təyyarənin vurulmasında əli olan terroristlər dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq tapılıb cəzalarını alacaqlar.

BAKI, 17 noy — Sputnik. Prezident Vladimir Putin Rusiyaya məxsus təyyarəni partladanlara sərt mesaj verib: “Onları dünyanın hər yerində axtaracağıq və tapıb cəzalandıracağıq.”

Putin bu sözləri Misirin Sinay yarımadası üzərində Rusiyaya məxsus A 321 Airbusunun vurulması ilə bağlı aparılan istintaq qrupunun iclasında deyib.

İclasda çıxış edən Rusiya prezidenti əminlikə bəyan edib ki, təyyarənin vurulmasında əli olan terroristlər dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq tapılıb cəzalarını alacaqlar: “Biz gərək vaxtından asılı olmayaraq çalışıb  bu cinayətkarların adını öyrənək. Biz onları dünyanın hansı nöqtəsində gizlənməsindən asılı olmayaraq  hər yerdə axtarmalıyıq.”

Putin onu da əlavə edib ki, kimsə həmin cinayətkar dəstəyə yardım edirsə, bilsin ki, onları gizlətmək cəhdi ilə bağlı bütün məsuliyyət üzərinə düşəcək.

Putin deyib ki, Rusiya ilk dəfə deyil belə bir vəhşi terror aktı ilə  qarşılaşır: “Daxili və xarici qüvvlərin dəstəyi ilə 2013-cü ilin sonunda Volqoqrad şəhərində dəmiryol vağzalında törədilən terror hadisəsi baş verib. Biz  heç kimi və heç nəyi unutmuruq.”

Xəbər lenti
0