Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

RF və ABŞ-ın Suriya məsələsində strateji cəhətdən hədəfləri uyğundur

© Sputnik, Али МамедовКамиль Салимов
Камиль Салимов - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya və ABŞ Suriya probeminin həllində strateji cəhətdən hədəflərini uyğunlaşdırıblar, ancaq taktiki baxımdan mövqelərində fərqlilik var. Bunu BDU-nun professoru, ekspert Kamil Səlimov deyib.

BAKI, 17 noy — Sputnik. Rusiya və ABŞ Suriya probeminin həllində strateji cəhətdən hədəflərini uyğunlaşdırıblar, ancaq taktiki baxımdan mövqelərində fərqlilik var.

Bunu Sputnik-ə açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) professoru, ekspert Kamil Səlimov deyib.

Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasında fərqli yanaşma tərzi ancaq Əsəd rejiminin taleyi ilə bağlıdır. 

“Digər məsələlərdə hər iki ölkənin mövqeləri demək olar ki, uzlaşır. Hazırda iki ölkə rəhbərləri arasında müzakirə olunan məsələ bu fərqliliyin aradan qaldırılması və mövqelərin uzlaşdırılmasıdır. Ümid edirəm ki, bu məsələdə də tərəflər mövqeləini uzlaşdıra biləcəklər”, — deyə Səlimov bildirib.

G-20 dövlət başçılarının sammitinin yekunlarını və Parisdə baş verən terror hadisəsini şərh edən ekspert bildirib ki, ümumiyyətlə terror dünyada baş verən münaqişələr və müharibələr nəticəsində yaranır. 

“İlk olaraq o ölkə terror hədəfinə çevrilir ki, həmin ölkə antiterror koalisiyasında yer alıb və terrorizmə qarşı aktiv mübarizə aparır. Növbəti terror hadisəsi İngiltərədə ola bilər. Çünki Suriyada  İŞİD-in cərgələrində vuruşan 450 ərəbəslilli Böyük Britaniya vətəndaşı geri dönüb. İngiltərə hökuməti həmin şəxslər üzərində nəzarəti gücləndirib”, — ekspert əlavə edib.

Ekspert hesab edir ki, terrorizmə qarşı mübaizədə hər hansı siyasi məqsəd güdülməməlidir. “Beynəlxalq hüquq normalarına uyğun olaraq terrorçuluqla mübarizə hər hansı siyasi məqsəd güdülmədən sondak aparılmalıdır.  Ümid edirəm ki, terroroçuluqla mübarizə istiqamətində  G-20 dövlət başçılarının Antalya bəyantında da əksini tapan müdəalara ölkə başçıları riayət edəcək və üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirəcəklər. Onlar terrorçuluğa qarşı mübarizədə sonadək bir yerdə olacaqlar”, — Səlimov qeyd edib.

Səlimov onu da əlavə etdi ki, məhz baş verən münaqişələr nəticəsində dünya ölkələri ildə 100 mlrd. dollardan artıq ziyan çəkir.

G-20 sammitində Azərbaycanın iştirakı və ölkəmizə üçün əhəmiyyətini qeyd edən ekspert bildirib ki, bu sammit bizə problemlərimizi ortaya qoyub dünyanın diqqətinə çatdırmağa bir daha imkan verdi: “Artıq biz G-20 sammitindən irəli gələn məsələlərə nəzər salaraq bir sıra tədbriləri həyata keçirməliyik.  İlk olaraq dözlət sərhədlərimizin möhkəmləndirilməsinə diqqət ayırmalıyıq və bu problemin həlli üçün beynəlxalq aləmin dəstəyini qazanmaq üçün diplomatik səylər artırılmalıdır. Belə ki, Azərbaycanın İranla nəzarətdən kənar, ermənilərin nəzarətində olan 132 km-lik sərhədi mütləq formada Azərbaycan sərhədçiləri və gömrükçülərinin nəzarətinə qaytarılmalıdır. Çünki bu ərazi nəzarətsiz bir əraziyə çevrildiyindən buradan terrorçuluğun, narkotik qaçaqmalçılığının inkişaf etdirilməsi, nüvə silahı və digər məqsədlər üçün istifadə edilə bilər. Ona görə də bu ərazilər Ermənistan-Azərbaycan münaqişəsi siyasi yolla həll edilənədək mütləq formada Azərbaycanın nəzarətinə keçməlidir ki, beynəlxalq təşkilatlar da ölkəmizə qarşı səslənən hər hansı məsələyə cavab verə bilsin. Və buradakı hadisələrə cavabdehlik daşıya bilsin. Bu məsələnin həllində beynəlxalq təşkilatlar da öz dəstəyini verə bilər. Ancaq bu da Azərbaycanın suveren hüquqları pozulmadan həllini tapmalıdır. Digər əsas məqam isə bu günə kimi baş vermiş faciələrin dünya miqyasında tanıdılmasıdır. Hesab edirəm ki, Azərbaycan diplomatiyası fəaliyyətini bu istiqamətdə qurmalıdır.”

Xəbər lenti
0