BAKI, 17 noy — Sputnik. "A321" təyyarəsinin göyərtəsində uçuş zamanı əldəqayırma partlayıcı qurğu işə düşüb.
RİA Novosti-nin verdiyi məlumata görə, bunu Rusiya Federal Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.
Onun sözlərinə görə, partlayıcının gücü 1 kiloqtam trotil ekvivalentində olub.
Qeyd edək ki, oktyabrın 31-də Şarm əş Şeyx — Sankt-Peterburq reysini həyata keçriən "Kogalımavia" çirkətinə məxsus Airbus A 321 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin bortunda 217 sərnişin olub ki, bunun 25-i uşaq imiş.