BAKI, 15 noy — Sputnik. Sinay yarımadasında Rusiyaya məxsus təyyarənin qəzası və Parisdəki terror aktları qurbanlarının xatirəsinə Misir ehramları Rusiya və Fransanın bayraqları rəngində işıqlandırılacaq.
Sputnik Azərtac-a istinadən xəbər verir ki, bu barədə MENA dövlət agentliyinin yaydığı məlumatda bildirilir.
Ehramların yanında, həmçinin Fransa, Rusiya və Misir bayraqları da dalğalandırılacaq.
Bu il oktyabrın 31-də Rusiya tarixində ən böyük təyyarə qəzası baş verib. "Koqalımavia" şirkətinə məxsus A321 təyyarəsi Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onların hamısı həlak olub.
Noyabrın 13-də isə axşam Parisin müxtəlif rayonlarında terror aktları törədilib və 129-dan çox adam ölüb.