BAKI, 10 noy — Sputnik. Rusiya ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinin yerləşmə məkanının genişləndirilməsi ilə bağlı cavab tədbirləri görəcək.
Sputnik xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin ölkənin hərbi-sənaye kompleksinin vəziyyəti ilə bağlı keçirdiyi iclasda bildirib.
"Rusiya strateji nüvə qüvvələrinin potensialının möhkəmləndirilməsi üzrə lazımi cavab tədbirləri görəcək. Raket əleyhinə müdafiə sistemləri üzərində də çalışacağıq. Birinci mərhələdə, dəfələrlə qeyd etdiyimiz kimi, istənilən raket əleyhinə müdafiə sistemlərini dəf etmək qabiliyyətinə malik zərbə sistemləri üzərində də çalışacağıq" — deyə Rusiya prezidenti bildirib.