Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov İrəvana nə məqsədlə getmişdi?

© Sputnik / Iliya Pitalev / Mediabanka keçidForeign Minister Sergey Lavrov gives interview to Ekho Moskvy, Govorit Moskva
Foreign Minister Sergey Lavrov gives interview to Ekho Moskvy, Govorit Moskva - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri Moskvanın Yaxın Şərqdə möhkəmləndirilməsi məqsədi daşıyırdı. Bu fikri millət vəkili Zahid Oruc Sergey Lavrovun İrəvana səfərinin yekunlarını şərh edərkən deyib.

BAKI, 10 noy — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfəri Moskvanın Yaxın Şərqdə möhkəmləndirilməsi məqsədi daşıyırdı. 

Bu fikri millət vəkili Zahid Oruc RF xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərinin yekunlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu məsələlər kontekstində artıq Ermənistan bir dövlət kimi deyil, daha çox bir coğrafi məkan kimi əhəmiyyəti artacaq: “Belə ki, Ermənistan adlanan yer Rusiyanın bir subyekti hesab olunduğundan müstəqil siyasət yürüdə bilməyəcək. Moskva bu ərazidən daha çox özünün Yaxın Şərqdəki mövqeyinin möhkəmlənməsi üçün istifadə edəcək. O baxımdan da Lavrovun İrəvana səfərini necə ki, bir neçə ay bundan öncə Bakıya edilən işgüzar səfəri ilə əlaqələndirmək olar. Necə ki, onun Bakıya səfəri Xəzər üzərindən Suriyanı necə vurmaq  məqsədi daşıyırdısa, onun İrəvana da səfərinin arxasında daha çox beynəlxalq  siyasi məqamlar dayanır, nəinki Qarabağ münaqişəsinin nizamlanması. Çünki bu gün  Ermənistandakı hərbi bazaya yerləşdirilən yeni silahların vurma hədəfi nə Azərbaycan, nə Gürcüstan, nə də Türkiyə deyil. O silahların vurma məsafəsi daha uzaq yerdədir. Bir daha  təkrar edirəm ki, bu səfərin əsas məqsədi və bağlı qapılar arxasında müzakirə olunan məsələlər mediaya çatdırılan mövzular deyildi. Mətbuata deyilən fikirlər daha çox diqqəti əsas hədəfdən yayındırmaq üçün idi.”

Millət vəkili hesab edir ki, neft  beynəlxalq güclər üçün nə qədər cazibədardırsa, onların məqsədlərinə çatmaq üçün istifadə etdikləri konfliktlər də bir o qədər əhəmiyyətlidir.

Sergey Lavrovun İrəvana səfəri zaman Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı məsələnin müzakirəsində gəldikdə isə millət vəkili bildirdi ki, Rusiya Qərblə savaşında öz mövqeyini Qafqazda qoruyub saxlamaq üçün mütləq formada Qarabağ münaqişəsindən istifadə edəcək: “Necə ki, bu günə kimi istifadə edib, bundan sonra da belə edəcək.”

Xəbər lenti
0